Press "Enter" to skip to content

Universitetlərarası Şuranın toplantısı keçirilib

Ardahan Universiteti

BAYRAQDAR MEDİA – Universitetlərarası Şuranın İdarə Heyətinin 14-cü toplantısı Ardahan Universitetinin ev sahibliyi ilə keçirilib. Toplantıya Universitetlərarası Şuranın 45-ci dövr sədri və Çanaqqala Onsekiz Mart Universitetinin rektoru Prof. Dr. Ramazan Cüneyt Erenoğlu rəhbərlik edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, görüşdə Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu və Şuranın İdarə Heyətinin üzvü olan rektorlar iştirak ediblər. İclasın gündəliyində ali təhsil müəssisələrində akademik standartların yüksəldilməsi və tədrisin keyfiyyətinin artırılması məsələləri müzakirə olunub. Həmçinin dosentlik müraciətlərinin və qiymətləndirmə proseslərinin təkmilləşdirilməsi məsələsinə baxılıb. Universitetlərarası elmi və regional əməkdaşlıq imkanları da geniş şəkildə dəyərləndirilib.

Rektor Öztürk Emiroğlu toplantının akademik standartların gücləndirilməsinə və regional inkişaf yönümlü universitetlərarası əməkdaşlığa töhfə verəcəyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.