BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün növbəti hippoterapiya seansı təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “atlarla təmas və xüsusi məşğələlər əsasında həyata keçirilən hippoterapiyanın məqsədi əlilliyi olan şəxslərdə əzələ aktivliyinin artırılması və fiziki inkişafın dəstəklənməsidir. 2022-ci ildən etibarən tətbiq olunan bu xidmət çərçivəsində əlilliyi olan 1 min 623 şəxsə hippoterapiya xidməti göstərilib”.
Ardınca xəbərdə, “beynəlxalq təcrübədə geniş tətbiq olunan hippoterapiya əlilliyi olan şəxslərin emosional və psixoloji vəziyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərir. Xüsusilə autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic, nitq pozuntuları və digər xüsusiyyətləri olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiya prosesində bu xidmətdən istifadə olunur” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz