Press "Enter" to skip to content

Məktəblilərlə növbəti maarifləndirici görüş

Məktəblilərlə növbəti maarifləndirici görüş

BAYRAQDAR MEDİA – “Diqqət, uşaqlar!” aylığı çərçivəsində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) əməkdaşları məktəblilərlə növbəti maarifləndirici görüş keçiriblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.

Xəbərdə bildirilir ki, “görüş zamanı şagirdlərlə yol hərəkəti qaydaları, piyada kimi təhlükəsiz davranış, svetoforun işarələri və küçə-yol şəbəkəsində qarşılaşa biləcəkləri risklər barədə söhbət aparılıb. Uşaqların mövzuya marağını artırmaq üçün müxtəlif yol situasiyaları müzakirə olunub, onların sualları cavablandırılıb”.

Məqsəd məktəblilərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı düzgün vərdişlərin formalaşdırılması və bu qaydaların gündəlik davranışın ayrılmaz hissəsinə çevrilməsidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.