Press "Enter" to skip to content

Yakın Doğu Universitetində elm süfrəyə daşınır

BAYRAQDAR MEDİA – Yakın Doğu Universitetinin Baytarlıq fakültəsi nəzdində fəaliyyət göstərən Yenilikçi Qidalar İstehsal Mərkəzi elmi araşdırmalar əsasında hazırladığı səkkiz müxtəlif məhsulla funksional və probiotik qida çeşidlərini artırır. Mərkəzdə adi yoqurt, probiotik yoqurt, probiotik ayran, probiotik dondurma, klassik kefir, dörd otlu kefir, su kefiri və sirkə istehsal olunur.

Məhsullar universitet şəhərciyindəki kafelərdə və İkas supermarketində istehlakçılara təqdim edilir. Mərkəzin fəaliyyətində ənənəvi qidaların elmi araşdırmalar əsasında yenidən işlənərək funksional məhsullara çevrilməsinə xüsusi diqqət yetirilir.

Baytarlıq fakültəsinin Qida Gigiyenası və Texnologiyası kafedrasının rəhbəri Prof. Dr. Beyza Hatice Ulusoy məhsulların elmi tədqiqatların nəticələrinin gündəlik istehlak edilə bilən qidalara çevrilməsi baxımından əhəmiyyət daşıdığını bildirib. O, məhsulların istehsaldan əvvəl və sonra laborator analizlərindən keçirildiyini, onların mikrobioloji və texnoloji xüsusiyyətlərinin izlənildiyini qeyd edib.

Mərkəzdə tələbələrin də proseslərdə iştirak etməsinin onların nəzəri biliklərini praktikaya çevirməsinə imkan yaratdığı bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.