BAYRAQDAR MEDİA – Eskişehir Osmangazi Universitetinin Təhsil fakültəsində qadınlara qarşı zorakılıqla mübarizə mövzusunda maarifləndirici seminar təşkil olunub. Seminar Eskişehir Ailə və Sosial Xidmətlər İl Müdirliyi tərəfindən “Sağlam həyat və təhlükəsiz münasibətlər” mövzusunda keçirilib.
Univeristetin məlumatına görə, təlim Qadınlara qarşı Zorakılıqla Mübarizə Modul Seminar Proqramı çərçivəsində təşkil olunub. Tədbiri İl Müdirliyində çalışan sosial işçilər Hande Üner və Melike Yavuz aparıblar. Proqrama tələbələrlə yanaşı Ailə və Sosial Xidmətlər İl Müdirinin müavini Dilek Çamursoy və universitet rəhbərliyinin nümayəndələri qatılıblar. Dekan müavini Dr. Öğr. Üyesi Ayşe Dönmez və rektor məsləhətçisi Prof. Dr. Fesun Koşmak da seminarda iştirak ediblər.
Tədbirdə akademik heyət də iştirak edib və seminarın əsas məqsədi təhlükəsiz münasibətlər və qadınlara qarşı zorakılığın qarşısının alınması barədə məlumatlılığın artırılması olub.






İlk şərhi yaza bilərsiniz