BAYRAQDAR MEDİA – “Times Higher Education” (THE) tərəfindən 2027-ci il üzrə “Dünya universitetləri reytinqi”nin (THE World University Rankings) nəticələri açıqlanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu il reytinqdə təmsil olunan Azərbaycan universitetlərinin sayı 4-dən 5-ə yüksəlib. Nəticələrə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ötən illə müqayisədə mövqeyini yaxşılaşdıraraq 801–1 min intervalından 701–800 intervalına yüksəlib və Azərbaycan universitetləri arasında ən yüksək nəticəni göstərib. Bakı Dövlət Universiteti 1 min 601–1 min 800, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 1 min 801–2 min, Azərbaycan Texniki Universiteti isə 2001+ intervalında yer alıb. Reytinqin builki nəticələrində mühüm yeniliklərdən biri Azərbaycan Tibb Universitetinin (ATU) ilk dəfə sıralamaya daxil olmasıdır. Beləki, ATU reytinqə 2001+ intervalından daxil olub”.
Sonra xəbərdə, “ümumilikdə, 2027-ci il üzrə THE Dünya Universitetləri Reytinqində 118 ölkədən 2 min 297 ali təhsil müəssisəsi yer alıb. Bu, ötən illə müqayisədə 4 faiz artım deməkdir. Builki reytinqdə universitetlərin mövqelərinin daha dəqiq göstərilməsi üçün sıralama formatında da dəyişiklik edilib. Beləki, ötən illərdə reytinqdə ilk 200 universitetin yeri ayrıca göstərilirdisə, bu ildən etibarən ilk 300 universitet fərdi olaraq sıralanıb. 300-cü yerdən sonrakı universitetlər isə daha kiçik intervallar üzrə qruplaşdırılıb. Nəticədə reytinq intervallarının sayı 10-dan 18-ə yüksəlib. THE bildirir ki, bu dəyişiklik universitetlərin reytinqdəki mövqelərini daha aydın göstərməyə və nəticələri daha dəqiq müqayisə etməyə imkan verəcək” deyə bildirilir.






İlk şərhi yaza bilərsiniz