BAYRAQDAR MEDİA – 2026-cı ilin 3-cü rübü ərzində Energetika Nazirliyi (EN) tərəfindən ümumilikdə 149 icazə verilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “İxrac nəzarəti haqqında” Qanuna əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 141, ixracı üzrə 5, tranziti üzrə 2 icazə verilib. Hesabat dövründə, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1 icazənin verilməsi təmin olunub. Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib”.






İlk şərhi yaza bilərsiniz