Press "Enter" to skip to content

KKTC vətəndaşı tələbələr üçün YTB təqaüd müraciətləri başlayıb

Son yeniləmə: 8 Oktyabr 2026

BAYRAQDAR MEDİA – 2026–2027-ci tədris ilində A Level nəticələri ilə Türkiyədə ali təhsil almaq istəyən KKTC vətəndaşı tələbələr üçün ümumilikdə 30 təqaüd yeri ayrılıb. Türkiyədəki universitetlərə fərdi qaydada qəbul olunan tələbələr isə oktyabrın 7-dən 9-dək tələb olunan sənədlərlə müraciət edə biləcəklər.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Bildirilib ki, 2026–2027-ci tədris ili çərçivəsində A Level nəticələri ilə Türkiyədə ali təhsil almaq istəyən KKTC vətəndaşı tələbələr üçün müəyyənləşdirilən kvota əsasında ümumilikdə 30 tələbə YTB təqaüdündən yararlanıb.

KKTC Ali Təhsil və Xarici Əlaqələr Dairəsinin müdiri Behcet Çelebinin açıqlamasına görə, KKTC Milli Təhsil Nazirliyi ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdəki Türklər və Əqrəba Topluluqlar Başqanlığı (YTB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində 25 tələbə YTB tam təqaüdü, 5 tələbə isə yerləşdirmə təqaüdü almaq hüququ qazanıb. 2026-cı ildə imzalanan əlavə protokolla yerləşdirmə təqaüdü qazanan tələbələr də tam təqaüd proqramına daxil edilib.

Həmin il ilk dəfə peşə və texniki lisey məzunları üçün xüsusi kvota ayrılıb və 5 tələbə müvafiq ixtisaslar üzrə Türkiyədəki universitetlərə təqaüdlə yerləşdirilib. Bundan əlavə, 2 uğurlu idmançıya da təqaüd verilib.
Əlavə protokol çərçivəsində A Level nəticələri ilə fərdi qaydada müraciət edərək Türkiyədəki universitetlərə qəbul olunan tələbələr tələb olunan sənədləri oktyabrın 7-dən 9-dək KKTC Milli Təhsil Nazirliyinin Ali Təhsil və Xarici Əlaqələr Dairəsinə təqdim etməklə YTB-nin uyğunluq şərtlərinə əsasən təqaüddən yararlana biləcəklər.

Müraciət üçün KKTC şəxsiyyət vəsiqəsinin surəti, KKTC lisey diplomunun surəti, ana və ya ata adına verilmiş yaşayış yeri haqqında arayış, tələbənin adına verilmiş yaşayış yeri haqqında arayış, A Level imtahan nəticələri haqqında sənəd, 2026–2027-ci tədris ilinin payız semestrinə dair tələbə arayışı və müraciət forması təqdim edilməlidir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.