Press "Enter" to skip to content

BMT-nin Rezident Əlaqələndiricisi ilə görüş keçirilib

Görüş zamanı

BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanın BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O, D.Şlapaçenkonun ölkəmizdəki fəaliyyəti dövründə bu əməkdaşlığın daha da inkişafına dəyərli töhfələr veriləcəyinə əminliyini ifadə edib.

D.Şlapaçenko Azərbaycanda aparılan sosial islahatlar prosesində, sosial cəhətdən həssas qruplara dəstək göstərilməsi işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında səmərəli əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin əhəmiyyətindən bəhs olunub.

Bu əməkdaşlıq çərçivəsində Nazirliyin müxtəlif fəaliyyət sahələri üzrə, xüsusilə insan kapitalının inkişafı, layiqli əmək şəraitinin təşviqi və sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətlərində görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.