BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) göstərişinə əsasən respublika üzrə keçirilən “Diqqət, uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığına yekun vurulub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə bidlirilir ki, “Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və ərazi polis orqanlarının dövlət yol polisi qurumları tərəfindən aylıq çərçivəsində silsilə tədbirlər həyata keçirilib, görülən işlərlə bağlı vaxtaşırı məlumatlar yayımlanıb. Elm və Təhsil Nazirliyinin aidiyyətli qurumları ilə birgə – pedaqoqlar, valideynlər və media nümayəndələri cəlb edilməklə 200-dən çox təhsil ocağında keçirilən görüşlər təhlükəsizlik aylığının əsas leytmotivini təşkil edib”.
Ardınca xəbərdə, “təkcə Abşeron-Xızı RTİ-nin və BDYPİ-nin təşkilatçılığı ilə 2000-dən çox şagiridin cəlb edildiyi görüşlərdə təhsilalanlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı geniş məlumat verilib, onların sualları cavablandırılıb, əyani vəsaitlər, eləcə də məktəblilərin hazırladıqları səhnəciklər nümayiş olunub. Görüşlərdə çıxış edən DYP təmsilçiləri tərəfindən şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı öyrəndikləri biliklərin hər zaman onların köməyinə çataçağı vurğulanıb, yollarda uşaq travmatizminini minimuma endirilməsi üçün BDYPİ tərəfindən hər zaman zəruri addımlar atıldığı qeyd olunub” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz