Press "Enter" to skip to content

Tədbir: “Məişət zorakılığı ilə mübarizə”

Tədbir: “Məişət zorakılığı ilə mübarizə”

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) “Təhsildə sosial iş xidməti” çərçivəsində Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbində “Məişət zorakılığı ilə mübarizə” mövzusuna həsr edilən tədbir təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdə yuxarı sinif şagirdləri və müəllimlərlə yanaşı, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi və “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin nümayəndələri iştirak ediblər. Görüşdə Agentliyin əməkdaşları SXA-nın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər, məişət zorakılığına qarşı mübarizə sahəsində görülən işlərdən danışıblar”.

Sonra xəbərdə, “bildirilib ki, Agentliyin müvafiq müəssisəsində məişət zorakılığı qurbanlarının sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır. Onların ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi və s. üçün tədbirlər görülür. QHT nümayəndələrinin də iştirakı ilə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.