Press "Enter" to skip to content

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri ilə görüş

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri ilə görüş

BAYRAQDAR MEDİA – Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb. T.Musayev qonaqları salamlayaraq Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib. Nazir iki ölkənin səhiyyə qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin, peşəkar əlaqələrin və birgə təşəbbüslərin səhiyyə sistemlərinin inkişafına mühüm töhfə verdiyini qeyd edib. T.Musayev Türkiyənin səhiyyə sahəsində əldə etdiyi qabaqcıl təcrübənin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb, xüsusilə tibbi kadrların hazırlanması, müasir tibbi texnologiyaların tətbiqi, səhiyyənin rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın yüksək olduğunu diqqətə çatdırıb”.

Daha sonra xəbərdə, “öz növbəsində Ş.Ayrım səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, səhiyyə istiqamətində də əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Görüş zamanı səhiyyə sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin artırılması, tibbi təhsil və peşəkar inkişaf istiqamətində əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində inkişaf etdiyini vurğulayaraq, səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.