Press "Enter" to skip to content

“Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş

“Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”da uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı AXA sədri Sərdar Hacıyev ölkəmizdə aqrar sektorun modernləşdirilməsi, elmi əsaslarla inkişaf etdirilməsi və sahə üzrə yüksək ixtisaslı kadr potensialının formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Qeyd olunub ki, Agentlik tərəfindən mütəmadi olaraq təşkil edilən bu cür təcrübə proqramları gənclərin nəzəri biliklərini real istehsalat və sahə şəraitində tətbiq etmələri, həmçinin peşəkar vərdişlərə yiyələnmələri üçün mühüm platformadır. Qeyd edək ki, Proqramda uğur qazanmış 7 nəfər gənç mütəxəssis AXA-nın müvafiq sturukturlarında işlə təmin olunublar”.

Ardınca xəbərdə, “xatırladaq ki, gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların praktiki iş mühitinə hazırlanması məqsədilə reallaşdırılan proqram müddətində iştirakçılar baytarlıq, zoomühəndislik, aqronomluq, aqromühəndislik və torpaqşünaslıq istiqamətləri üzrə xüsusi təlimlərə cəlb olunublar. İki ay davam edən proqram ərzində gənclər Agentliyin müvafiq struktur bölmələri, laboratoriyaları və regional qurumlarının gündəlik fəaliyyəti, qabaqcıl texnologiyaların tətbiqi prosesi ilə yaxından tanış olublar. Tədbirin sonunda təcrübə proqramını uğurla başa vuran gənclərlə xatirə şəkli çəkdirilib. Gənclər göstərilən diqqətə, eləcə də peşəkar fəaliyyətləri üçün yaradılan şəraitə görə AXA-nın rəhbərliyinə təşəkkür ediblər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.