Son yeniləmə: 11 Oktyabr 2026
BAYRAQDAR MEDİA – Türkiyənin Odunpazarı bələdiyyəsi tərəfindən təşkil ediləcək Yeni il bazarı dekabrın 25-dən 31-dək Hicri Sezen meydanında fəaliyyət göstərəcək. Tədbir çərçivəsində alış-veriş və qida stendləri, əyləncə məkanları, foto çəkiliş guşələri, qar kürəsi və konsertlər təşkil olunacaq.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, bazarın təşkilində məqsəd yeni il ab-havasını yaşatmaq və şəhər sakinlərini bir araya gətirməkdir. Stend açmaq istəyənlər oktyabrın 10-dan noyabrın 10-dək Odunpazarı bələdiyyəsinin rəsmi internet saytı — www.odunpazari.bel.tr vasitəsilə onlayn müraciət edə bilərlər. Tədbirə hazırlıqlar davam edir.






İlk şərhi yaza bilərsiniz