Press "Enter" to skip to content

SXA-nın nümayəndə heyəti Türkiyədə təcrübə səfərində

SXA-nın nümayəndə heyəti Türkiyədə təcrübə səfərində

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) nümayəndələri sosial xidmət və əlillik sahəsində tətbiq olunan yanaşmalarla tanış olmaq məqsədilə Türkiyədə təcrübə səfərində olublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Agentliyin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov, sədrin müşaviri Tünzalə Verdiyeva və digər əməkdaşların iştirak etdiyi səfər çərçivəsində Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyində görüşlər keçirilib. Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasının ölkə səviyyəsində icra və nəzarət mexanizmləri, reabilitasiya strategiyaları, sosial yardımlar, icma əsaslı və evdə qayğı xidmətləri, eləcə də sosial xidmət müəssisələrində göstərilən reabilitasiya xidmətlərinin təşkili barədə təqdimatlar və müzakirələr edilib, təcrübə mübadiləsi aparılıb. V. Məmmədov Əlillər və Yaşlılara Xidmətlər Baş İdarəsinin rəhbəri Taha Kürşat Sezen ilə görüşüb. Görüş zamanı Azərbaycanda sosial xidmət və reabilitasiya sahəsində həyata keçirilən işlər, SXA tərəfindən göstərilən xidmətlər və bu istiqamətdə tətbiq olunan yanaşmalar barədə məlumat verilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”.

Ardınca xəbərdə, “nümayəndə heyəti, həmçinin Baş İdarənin bir sıra departamentlər, qurumlar və sosial xidmət müəssisələrinin fəaliyyəti ilə yerində tanış olub. Əməkdaşlar Keçiören Autizm Günərzi Qayğı, Reabilitasiya və Ailə Məsləhət Mərkəzini, Saray Əngəlsiz Yaşam, Qayğı, Reabilitasiya və Ailə Məsləhət Mərkəzini, MİA Qayğı Mərkəzini və Yenimahəllə Sosial Xidmət Mərkəzini ziyarət ediblər. Səfər çərçivəsində əldə olunan təcrübənin sosial xidmətlərin inkişafı və əlilliyi olan şəxslərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində istifadə imkanları, eləcə də milli reabilitasiya strategiyasının hazırlanması üçün həyata keçiriləcək tədbirlər müzakirə edilib” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.