BAYRAQDAR MEDİA – 12 oktyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının karyera məsləhətçiləri Nihat Musayev və Nigar Məmmədova tərəfindən Bakı şəhəri, Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində “Peşəyönümü məsləhət” mövzusunda çox maraqlı və interaktiv təlim keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.
Xəbərdə deyilir ki, “əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, məktəbin direktoru Almaz Həsrət qonaqları salamlayaraq şagirdlərə təqdim edib. 8-11-ci sinif şagirdləri əmək bazarının hazırkı vəziyyəti, müxtəlif peşə və ixtisaslar, eləcə də uğurlu peşə seçimi haqqında məlumatlar əldə ediblər. Onları maraqlandıran suallar cavablandırılıb və faydalı tövsiyələr verilib”.
Qeyd edilib ki, “Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının karyera məsləhətçisi Nihat Musayev şagirdlərə gələcək peşələr və ixtisaslar haqqında geniş faydalı məlumatlar verib”.
Qeyd edək ki, həmin gün məktəblərdə bəzi qrupların təxribatları müşahidə edilməkdə idi. Buna baxmayaraq sözügedən məktəb gündəlik fəaliyyətini normal şərtlərdə davam etdirməyi də bacarıb.









İlk şərhi yaza bilərsiniz