BAYRAQDAR MEDİA – Azərbaycan ilə NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbir planına uyğun olaraq istirahət günlərində qonaqlar Bakı şəhərinin tarixi-mədəni məkanları və muzeyləri ilə tanış olublar. Heydər Əliyev Mərkəzini və Zəfər Muzeyini ziyarət edən nümayəndə heyətləri zəngin təəssüratlarla ayrılıblar”.






İlk şərhi yaza bilərsiniz