BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən 17-ci Beynəlxalq Enerji Forumu (IEF17) və 25-ci WPC Enerji Konqresi çərçivəsində təşkil olunan OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında iştirak edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “iclasda OPEC Katibliyinin “Xam neftin daşınması və sığortalanması xərclərinin artması” mövzusunda təqdimatı dinlənilib, mövcud şəraitin qlobal neft bazarına təsirləri müzakirə olunub. Nazir çıxışında bildirib ki, neft bazarının sabitliyi üçün tələb və təklif balansı ilə yanaşı, enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə çatdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan bazar şəraitinin qiymətləndirilməsində nəqliyyat marşrutlarının təhlükəsizliyi, fraxt tarifləri və sığorta xərclərinin nəzərə alınması vacibdir”.
Daha sonra xəbərdə, “nazir Azərbaycanın OPEC+ çərçivəsində hər zaman etibarlı tərəfdaş olduğunu bildirərək, ölkəmizin bundan sonra da birgə səylərə dəstəyini davam etdirəcəyini qeyd edib. İclasda nazirlər OPEC+ çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi, bazardakı vəziyyətin izlənilməsi, hökumətlər və sənaye nümayəndələri ilə müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər” deyə diqqətə çatdırılır.






İlk şərhi yaza bilərsiniz