BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsində monitorinq keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi məqsədilə yaradılmış İşçi qrup tərəfindən aparılan monitorinq zamanı müəssisənin fəaliyyətinin mövcud normativ-hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib. Eləcə də göstərilən xidmətlərin keyfiyyəti və əhatəliliyi, uşaqların sosial rifahına və inkişafına təsiri araşdırılıb. Monitorinqin nəticələri əsasında xidmətlərin keyfiyyətinin və səmərəliliyinin daha da artırılması, müəyyən edilən məsələlərin aradan qaldırılması və müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müvafiq tövsiyələr verilib”.
Qeyd edək ki, monitorinq qrupu “Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən yaradılıb.






İlk şərhi yaza bilərsiniz