Press "Enter" to skip to content

Dəyişikliklərlə bağlı daha bir xəbər

Turizm və gözəllik sektorunda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi güzəştləri hazırlanıb

BAYRAQDAR MEDİA – Turizm və gözəllik sektorunda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi güzəştləri hazırlanıb.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev mediaya müsahibəsində deyib.

Qeyd edilib ki, turizm sektoru hazırda iqtisadiyyatın əsas prioritet sahələrindən biridir. Vergi Məcəlləsində ümumi güzəştlərlə yanaşı, məhz turizm sektoruna yönəlmiş xüsusi güzəştlər də mövcuddur. Belə ki, regionlarda yerləşən mehmanxana və sanatoriya obyektlərinin əmlak vergisinin 75 faizi üzrə güzəşt tətbiq edilirdi. Həmin güzəştin müddəti bu il başa çatır. Layihədə isə güzəştin növbəti üç il müddətinə uzadılması nəzərdə tutulub.

Eyni zamanda, mehmanxana və sanatoriya-kurort turizmi ilə məşğul olan şəxslər üçün yeni güzəşt mexanizmi təklif olunur. Bu mexanizmə əsasən, həmin müəssisələrin xidmət göstərdikləri əcnəbi turistlərin sayına uyğun olaraq formalaşan dövriyyənin müəyyən hissəsinin mənfəət vergisi üzrə vergi öhdəliyindən azaldılması nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.