Press "Enter" to skip to content

Azərbaycan hərbi qulluqçusunun İtaliyada uğuru

Azərbaycan hərbi qulluqçusunun İtaliyada uğuru

BAYRAQDAR MEDİA – İtaliyanın Roma şəhərində yerləşən NATO Müdafiə Kollecində 36-cı NATO Regional Əməkdaşlıq Kursunun (NRCC-36) buraxılış mərasimi keçirilib.

Bu hqqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycan Ordusunu təmsil edən ədliyyə polkovnik-leytenantı Emil Qasımov strateji səviyyəli tədris proqramını müvəffəqiyyətlə başa vuraraq diplomla təltif olunub. Kurs müddətində peşəkarlıq və akademik fəallıq nümayiş etdirən Azərbaycan zabiti strateji düşünmə, tənqidi təhlil və kollektiv qərarvermə bacarıqları ilə fərqlənib. O, müzakirələr və tapşırıqların icrasında xüsusi təşəbbüsləri ilə Azərbaycanı təmsil edib”.

Daha sonra xəbərdə, “Kollec rəhbərliyinin yekun rəyində çoxmillətli mühitdə səmərəli əməkdaşlığı və akademik müzakirələrə töhfələri vurğulanan ədliyyə polkovnik-leytenantı E.Qasımovun “NATO ilə Qafqaz regionu arasında təhlükəsizlik tərəfdaşlığı” mövzusunda hazırladığı elmi iş yüksək qiymətləndirilib” deyə diqqətə çatdırılır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.