Press "Enter" to skip to content

MEK-in şöbələri hesabatlarını təqdim edib

MEK-in şöbələri hesabatlarını təqdim edib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) şöbə və fondlarının cari il üzrə illik fəaliyyətinə dair şöbədaxili hesabatları dinlənilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “şöbədaxili hesabatlarda şöbələr üzrə məsul şəxslər – Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev, Kitabxana xidmətləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva, Elmi katib Şəbnəm Rüstəmova iştirak edib. Şöbə müdirləri il ərzində kitabxana fondlarının zənginləşdirilməsi, rəqəmsallaşdırma işlərinin aparılması, oxuculara xidmətin təşkili, elmi-metodiki fəaliyyət və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat təqdim ediblər”.

Daha sonra xəbərdə, “hesabatlar ətrafında geniş fikir mübadiləsi aparılıb, mövcud çətinliklər və onların həlli yolları təhlil olunub. Sonda işin səmərəliliyinin artırılması istiqamətində müvafiq tapşırıqlar və tövsiyələr verilib. Qeyd edək ki, şöbədaxili hesabatlar ümumi hesabata hazırlıq xarakteri daşıyır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.