BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Prezidentin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyininn(MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə MN-in hərbi qulluqçularına “general-leytenant” və “general-mayor” ali hərbi rütbələrinin verilməsi haqqında Prezidentin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib. Z.Həsənov Prezidentin təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb”.
Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Prezident İlham Əliyevə və MN-in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.






İlk şərhi yaza bilərsiniz