Press "Enter" to skip to content

Tbilisidə “Study in Azerbaijan” sərgisi

Tbilisidə “Study in Azerbaijan” sərgisi

BAYRAQDAR MEDİA – Noyabrın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə qeyd olunur ki, ““Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, EATDA və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycanın ali təhsil müəssisələri təmsil olunur. Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları və təqaüd imkanları barədə məlumat verilməsi, universitet nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılması nəzərdə tutulur”.

Sərginin əsas məqsədi Azərbaycanın ali təhsil imkanlarını Gürcüstanda tanıtmaq və gənclərin ölkəmizdə təhsilə marağını artırmaqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.