BAYRAQDAR MEDİA – Noyabrın 16-da Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumlarının imzalanması mərasimi keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.
Xəbərdə bildirilir ki, “Konfrans çərçivəsində Azərbaycanın 8, Gürcüstanın isə 17 ali təhsil müəssisəsi arasında ümumilikdə 40-a yaxın əməkdaşlıq memorandumu imzalanıb. İmzalanan sənədlər universitetlər arasında akademik və elmi əməkdaşlığın genişləndirilməsini, birgə təhsil və tədqiqat layihələrinin həyata keçirilməsini, tələbə və müəllim mübadiləsinin təşviqini, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin inkişaf etdirilməsini nəzərdə tutur”.
Memorandumlar Azərbaycan və Gürcüstan ali təhsil müəssisələri arasında uzunmüddətli tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına yönəlib.






İlk şərhi yaza bilərsiniz