BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvilini və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “MN-də keçirilən görüşdə Z.Həsənov Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinin ordularımız arasında əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini qeyd edib. Nazir hərbi əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub”.
Daha sonra xəbərdə, “səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən G.Matiaşvili hərbi əlaqələrin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb. Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa dair qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz