Press "Enter" to skip to content

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

BAYRAQDAR MEDİA – Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli “Baku TV”nin efirində yayımlanan “Aktual Gündəm” verilişinin qonağı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsiri ətrafında müzakirənin aparıldığı veriliş zamanı “TikTok” platformasının auditoriya genişliyi, bilgi istehlakında yaratdığı tendensiyalar, həmçinin sosial media istifadəçilərinin məsuliyyəti, kontent istehsalının xüsusiyyətləri və ənənəvi medianın yeni rəqəmsal reallıqlara uyğunlaşmasının vacibliyi kimi məsələlərə toxunulub”.

Ardınca xəbərdə, “H.Heydərlinin verilişdə üzərində dayandığı başlıca məqam isə budur ki, hazırda sosial şəbəkələr ictimai rəyi formalaşdıran, bütövlükdə gündəmi müəyyənləşdirən, ən əsası informasiya mübarizəsinin aparıldığı mühüm məkandır. Onların cəmiyyətə, ayrı-ayrı vətəndaş qruplarına təsir imkanları göstərir ki, media qurumları və jurnalistlər mövcud reallığa adekvat davranmalı, auditoriyanın dəyişən vərdiş və tələbatlarını düzgün qiymətləndirməli, bu məkanda daha fəal və peşəkar təmsilçilik aparmalıdırlar” deyə vurğulanır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.