BAYRAQDAR MEDİA – “Azərbaycan ilə Özbəkistan müdafiə nazirlikləri arasında imzalanan 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən iki ölkə arasında “Məharət – IV” kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunub. Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək, komandirlərin hərbi qərarvermə bacarıqlarını təkmilləşdirmək, qərargah fəaliyyətləri və əməliyyatların planlaşdırılması prosesi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir”.
Qeyd edək ki, təlim noyabrın 28-dək davam edəcək.






İlk şərhi yaza bilərsiniz