Press "Enter" to skip to content

Nazir Çinin Milli Enerji Administrasiyasının rəhbəri ilə görüşüb

Nazir Çinin Milli Enerji Administrasiyasının rəhbəri ilə görüşüb

BAYRAQDAR MEDİA – “Kəmər və Yol” təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bu ölkənin Milli Enerji Administrasiyasının rəhbəri Vanq Hongzhi ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüşdə Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə edilib. Prezident İlham Əliyevlə Çinin sədri Si Cinpin arasında yüksək səviyyəli münasibətlərin və liderlərin görüşləri zamanı enerji əməkdaşlığı üzrə əldə edilən razılaşmaların birgə layihələrin inkişafına təkan verdiyi vurğulanıb. “Kəmər və Yol” Enerji Tərəfdaşlığının İdarə Heyəti və Katibliyinin fəaliyyətə başlamasının çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığı qeyd olunub. Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünü ilk gündən dəstəklədiyi və Enerji Tərəfdaşlığının fəaliyyətində fəal iştirakını davam etdirəcəyi diqqətə çatdırılıb”.

Daha sonra xəbərdə, “Çin sərmayəsi ilə Azərbaycanda həyata keçirilən ilk bərpa olunan enerji layihəsi olan 100 MVt gücündə günəş elektrik stansiyasının istifadəyə verilməsi yaşıl enerji sahəsində uğurlu əməkdaşlığın göstəricisi kimi qeyd edilib. Çin şirkətləri ilə günəş və dəniz külək enerjisi layihələrinin inkişafı, EN ilə Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında elektrik şəbəkəsinin planlaşdırılması və layihələndirilməsi üzrə mövcud əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Çin şirkətləri Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanın elektrik enerjisi bazarlarını birləşdirəcək yaşıl enerji dəhlizlərinin yaradılmasında iştiraka dəvət edilib. Həmçinin neft-qaz, neft emalı və su elektrik stansiyaları layihələri üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib” deyə bildirilir.

V.Hongzhi Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirərək Çin şirkətlərinin Azərbaycanda bərpa olunan enerji və digər perspektivli layihələrdə podratçı və investor kimi iştirakına dəstəyini ifadə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.