BAYRAQDAR MEDİA – Noyabrın 27-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə və rayonun Quzeyxırman kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Xocavənd şəhərinə 30 nəfərdən ibarət 7 ailəyə və rayonun Quzeyxırman kəndinə köçən 71 nəfərdən ibarət 17 ailəyə mənzillərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında sözügedən Komitənin nümayəndələri iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz