Press "Enter" to skip to content

Qış turizmi mövsümü başladı

Mətbuat konfransı zamanı

Son yeniləmə: 19 Dekabr 2022 09:56

BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı və turizm imkanlarının tanıdılması məqsədilə kütləvi informasiya vasitələri və televiziya nümayəndələri üçün “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib. Agentlikdən verilən məlumatda deyilir ki, mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

Media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb
Media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb

Mediatur çərçivəsində media nümayəndələrinə Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ“Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib: “Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm kompleklərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verib. O, həmçinin 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb”.

Məlumata əsasən, sonra “Şahdağ” Turizm Mərkəzinin direktoru Rüstəm Nəcəfov çıxış edib. O, “Şahdağ” Turizm Mərkəzinin Azərbaycanın qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyib. Direktor media nümayəndələrinə kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

Daha sonra media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.