BAYRAQDAR MEDİA – Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin və ASA Tədris Mərkəzinin “Həyat sığortasının insan həyatında rolu” mövzusunda apardığı ikinci tədqiqat işinin təqdimat mərasimi keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya ASA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərə əsasən, “təqdimat mərasimini giriş sözü ilə açan ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev tədqiqatın aparılma məqsədi, metodologiyası və mümkün töhfələri haqqında məlumat verib”.
Sonra xəbərdə, “tədqiqatçı İlahə Ümidli tədbir iştirakçılarına araşdırmanın nəticələrini nümayiş etdirib, bildirib ki, tədqiqat işinin gedişində əsas suala: “Niyə Azərbaycanda əhalinin həyat sığortası məhsullarına kütləvi marağı yoxdur?” və digər bu kimi suallara cavablar axtarılıb” deyə qeyd edilir.
Bildirilib ki, “prosesdə Azərbaycan Mərkəzi Bankı və həyat sığorta şirkətləri ilə əməkdaşlıq edilib. Tədqiqat Bakı və Bakıətrafı kənd və qəsəbələrdə aparılıb. 1011 nəfər əhali, 146 nəfər sığorta şirkətlərinin əməkdaşları, 32 nəfər peşəkar sığorta eksperti tədqiqata cəlb edilib”.





