BAYRAQDAR MEDİA – Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji cinayətlərin və inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “paytaxtın Xəzər rayonunda keçirilən növbəti tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub. Özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb”.
Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.





