Press "Enter" to skip to content

Yozqatda sərinlik gətirən xeyirxahlıq

Bekir Korkut, iş yerinin qarşısına yerləşdirdiyi soyuq su aparatından küçədən keçən vətəndaşlara pulsuz su paylayır

BAYRAQDAR MEDİA – Yerköy Sinema Caddesində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Bekir Korkut, yay aylarının yandırıcı istisində vətəndaşların sərinləməsi üçün nümunəvi bir xeyriyyə təşəbbüsə başlayıb.

Bu barədə yozgathabergazete.com saytı məlumat yayıb.

Məlumata görə, B.Korkut, iş yerinin qarşısına yerləşdirdiyi soyuq su aparatından küçədən keçən vətəndaşlara pulsuz su paylayır: “Yoldan keçənlərin rəğbətini qazanan bu təşəbbüs xüsusilə isti havalarda böyük təqdirlə qarşılanıb. Vətəndaşlar bu diqqətcil davranışa görə esnafa təşəkkür edib, bu cür təşəbbüslərin yayılmasını arzuladıqlarını bildiriblər”.

Bekir Korkut bu təşəbbüslə bağlı deyib: “İsti havaların gəlməsi ilə soyuq suya ehtiyacımız hər kəsə məlumdur. Mağazamızın qarşısında soyuq su yerləşdirərək gedib-gələn vətəndaşlara az da olsa faydamız olsun istədik. Çox müsbət reaksiyalar alırıq. Dayanıb dua edənlər, təşəkkür edənlər olur.”

Mission News Theme by Compete Themes.