Press "Enter" to skip to content

Yunus Emrenin xatirəsi Eskişehirdə yaşadılır

Yunus Emre Parkı

BAYRAQDAR MEDİA – Eskişehirdə yerləşən Yunus Emre türbəsi hər il Türkiyənin müxtəlif bölgələrindən gələn çoxsaylı ziyarətçiləri qəbul edir. Sevgi və tolerantlıq mövzulu şeirləri ilə tanınan xalq şairi Yunus Emrenin türbəsi Mihalıççık rayonunun Sarıköy məhəlləsində yerləşir.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Yunus Emre 1240–1320-ci illərdə yaşayıb və onun qəbri 1949-cu ildə dəmir yolu tikintisi səbəbindən başqa yerə köçürülüb: “Ziyarətçilər türbənin mənəvi atmosferində dualar edərək böyük mütəfəkkirin xatirəsini yad edirlər”.

Bələdiyyə əməkdaşı Hami Secit türbənin tarixi haqqında məlumat verərək bildirib ki, Almanlar tərəfindən dəmir yolu çəkilişi zamanı qəbrin yerinin dəyişdirilməsi gündəmə gəlib. Onun sözlərinə görə, 1947-ci ildə məzar açılıb və aparılan bioloji araşdırmalar nəticəsində qalıqların 80-82 yaşlarında bir türkmənə aid olduğu müəyyənləşdirilib. Daha sonra Yunus Emrenin qəbri yeni yerə köçürülüb və bu mərasimdə on minlərlə insan iştirak edib. Hazırda xüsusilə Ankara, İstanbul və Bursa kimi şəhərlərdən gələn ziyarətçilər türbəyə böyük maraq göstərirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.