Press "Enter" to skip to content

Iğdır kənd məktəblərindən böyük uğur

Oba kənd məktəbi

BAYRAQDAR MEDİA – İtaliya və Quzey Makedoniyadan gələn müəllim və şagirdlər Iğdırda bir araya gəliblər. Tədbir Iğdırın Alikamerli və Oba kəndlərində fəaliyyət göstərən məktəblərin hazırladığı “Yaşıl Dillər” (“Green Languages”) Erasmus layihəsi çərçivəsində reallaşıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumatda deyilir ki, Türkiyə üzrə məktəb təhsili sahəsində qəbul edilən məhdud sayda layihələrdən biri olan bu təşəbbüs kənd məktəbi səviyyəsində beynəlxalq əməkdaşlıq körpüsü qurduğu üçün böyük maraq doğurub: “Oba kəndində təşkil edilən tədbirdə Iğdır valisinin xanımı Didem Taşolar, İl Milli Təhsil Müdiri Aziz Gün, məktəb rəhbərləri, müəllimlər, şagirdlər və kənd sakinləri iştirak ediblər. Xarici qonaqlar məktəbin həyətində təşkil olunan mədəni proqramla qarşılanıblar. Layihə çərçivəsində məktəbin həyətində ağacəkmə aksiyası keçirilib və iştirakçılar “yaşıl dünya” mesajı veriblər. Həmçinin müəllim və şagirdlər xüsusi hazırlanmış xatirə divarına dostluq və həmrəylik mesajları yazıblar. Türk, ingilis, italyan, makedon və fransız dillərində hazırlanan “Yaşıl lüğət” təbiət və ətraf mühitlə bağlı əsas anlayışları özündə birləşdirərək mühüm resurs kimi təqdim olunub”.

Məlumatda deyilir ki, bu layihədən ilham alınaraq hazırlanan “Eko-Tabu” oyunu da ekoloji maarifləndirməni təşviq edən yenilikçi vasitə kimi diqqət çəkib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.