Press "Enter" to skip to content

Yunus Emre İnstitutundan mədəni diplomatiyandan bəhs edilib

Tədbirdən foto

Son yeniləmə: 5 May 2026

BAYRAQDAR MEDİA – Yunus Emre İnstitutunun Azərbaycan korrdinatorluğunda Erzurum Diplomasi Araştırmaları Merkezi (EDAM) nümayəndə heyəti ilə görüş olub. Görüşdən sonra “Türkiyə–Azərbaycan mədəni diplomatiya görüş proqramı” keçirilib.

Bu barədə Yunus Emre İnstitutundan məlumat verilib.

Məlumatda deyilir ki, tədbirin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi və diplomatik əməkdaşlığın daha da inkişaf etdirilməsi olub.

Proqram çərçivəsində Yunus Emre İnstitututunun Azərbaycan koordinatoru Gökhan Seyhan, Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimli və EDAM İdarə Heyətinin sədri Ergün Engin çıxış ediblər.

Çıxışlarda bildirilib ki, müasir mərhələdə türk dünyasının mədəni və tarixi irsi qlobal miqyasda kimlik və mənsubiyyət məsələlərinin müzakirəsində mühüm yer tutur. Türkiyə və Azərbaycanın timsalında bu irs yalnız milli sərvət kimi deyil, həm də ortaq sivilizasiya dəyərlərinin daşıyıcısı kimi çıxış edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.