Press "Enter" to skip to content

Ağzıpek kəndi leyləklərin məkanına çevrilir

Leyləklər

BAYRAQDAR MEDİA – Ardahanda Ağzıpek kəndi baharın gəlişi ilə birlikdə leyləklərin əsas məskənlərindən birinə çevrilib. Kənddə elektrik dirəkləri, dam örtükləri və hündür nöqtələrdə yuva quran leyləklər maraqlı görüntülər yaradır.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Ardahan şəhər mərkəzindən təxminən 15 kilometr uzaqlıqda yerləşən kəndə hər il onlarla leylək qayıdır: “Kənd sakinləri bildirirlər ki, leyləklər artıq Ağzıpekin simvoluna çevrilib. Sakin Bilgin Aygün qeyd edib ki, quşlar hər il eyni yuvalarına dönür və kənd əhalisi onları qorumağa xüsusi diqqət yetirir”.

Hazırda kənddə 30-a yaxın leylək yuvasının olduğu bildirilir. Kənd yalnız leyləklərə deyil, bir çox quş növünə də ev sahibliyi edir. Təbiətin gözəlliyi və leyləklərin yaratdığı mənzərə fotoqrafların da diqqətini cəlb edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.