Son yeniləmə: 11 May 2026
Eskişehirdə uşaqların təhsil prosesini təhlükəsiz və rahat mühitdə davam etdirmələri məqsədilə Məktəb Təhlükəsizliyi və İl İcraiyyə Komissiyasının iclası keçirilib. İclas Erdinç Yılmazın sədrliyi ilə olub.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, toplantıda məktəb ətrafında təhlükəsizliyin təmin olunması, görülən tədbirlər və qurumlararası əməkdaşlığın gücləndirilməsi məsələləri geniş müzakirə olunub: “Qurum nümayəndələri məsul olduqları sahələr üzrə həyata keçirilən işlər barədə məlumat veriblər. Vali Erdinç Yılmaz bildirib ki, uşaqların təhlükəsizliyi yalnız məktəblərin deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. O, məktəb ətrafında təhlükə yarada biləcək halların qarşısının alınması üçün nəzarətin davam etdirilməsinin vacibliyini vurğulayıb”. Məlumata görə, xüsusilə məktəb avtobuslarının təhlükəsizliyi, giriş-çıxış saatlarında yol hərəkətinin tənzimlənməsi və ictimai yerlərin nəzarətdə saxlanılması ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib.
İclas qurumlararası əməkdaşlığın gücləndirilməsi və əlavə tədbirlərin müzakirəsi ilə yekunlaşıb.






İlk şərhi yaza bilərsiniz