Press "Enter" to skip to content

MEK direktoru KKTC-də Forumda

MEK direktoru KKTC-də Forumda

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Kuzey Kıbrıs Türk Cümhuriyətində (KKTC) keçirilən 3-cü “Yerli Qlobal Əməkdaşlıq Görüşləri”ndə iştirak edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Beynəlxalq Forum Türkiyənin Hiperlink, EBSCO və Aicoor Bilgi Teknolojileri şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilir. Toplantıda kitabxanalarda süni intellektin axtarış sistemlərinə tətbiqi, eləcə də Türkiyə verilənlər bazasının türkdilli ölkələr üçün daha əlçatan edilməsi məsələləri müzakirə olunur. Bununla yanaşı, rəqəmsal kitabxana xidmətlərinin inkişafı, beynəlxalq informasiya mübadiləsi və elmi resursların inteqrasiyası istiqamətində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılır”.

Forumda müxtəlif ölkələrdən elm, təhsil və informasiya texnologiyaları sahələrinin nümayəndələri iştirak edirlər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.