Press "Enter" to skip to content

WA nümayəndələrinin Bakıya səfəri

WA nümayəndələrinin Bakıya səfəri

BAYRAQDAR MEDİA – Dünya Su İdmanı Federasiyasının (World Aquatics) nümayəndələri Namhi Ço, Ben HarisVadim Axmadiyev Azərbaycana səfər ediblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Üzgüçülük Federasiyasından (ASF) daxil olub.

Xəbərdə qeyd olunur ki, “məqsəd oktyabrda keçiriləcək “Silk Road Tour”un Bakı mərhələsinin hazırlıq prosesi ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır. Səfər çərçivəsində nümayəndə heyəti ASF-nin ofisini ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin WA rəsmiləri yarışın keçiriləcəyi Bakı Su İdmanı Sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar”.

Xatırladaq ki, 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “Silk Road Tour” Dünya Kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın Astana (15-17 oktyabr) şəhərlərində baş tutacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.