Press "Enter" to skip to content

HHQ nümayəndələri arasında görüş

Görüşdən foto

BAYRAQDAR MEDİA – Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndə heyəti ölkəmizə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HHQ-də keçirilən görüşdə ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hərbi aviasiya və hava hücumundan müdafiə üzrə əməkdaşlıqların da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

Qeyd edək ki, səfərin başlıca məqsədi hər iki ölkənin HHQ-ləri arasındakı əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.