Press "Enter" to skip to content

İdman gimnastikası üzrə AGF kuboku beynəlxalq turniri

İdman gimnastikası üzrə AGF kuboku beynəlxalq turniri

BAYRAQDAR MEDİA – 14–16 may tarixlərində Milli Gimnastika Arenası idman gimnastlarının maraqlı mübarizəsinə ev sahibliyi edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından (AGF) daxil olub.

Xəbərdə qeyd olunur ki, “5 ölkədən 50-yə yaxın gimnastın iştirak etdiyi turnirdə həm qadınlar, həm də kişilər birincilik uğrunda yarışırlar. Gimnastlar gənclər və böyüklər yaş kateqoriyalarında çıxış edirlər. Azərbaycanı bu turnirdə qadınlar arasında böyük gimnastlar – Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, gənc gimnastlar – Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz MəcidzadəLalə Zamanlı, kişilər arasında isə böyük gimnastlar – Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, gənc gimnastlar – Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər CavadzadəMəhəmməd Rüstəmzadə təmsil edirlər”.

Ardınca xəbərdə, “turnirin ilk günündə gənclər yaş kateqoriyası üzrə gimnastlar komanda hesabında və çoxnövçülük proqramında mükafatlandırılıblar. Həm qadın, həm də kişi gimnastlar komanda hesabında bürünc medal qazanıblar. Fərdi çoxnövçülük proqramında isə qadınlar arasında L.Məmmədzadə bürünc medalın sahibi olub” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.