Press "Enter" to skip to content

KKTC Cümhurbaşqanı Türküstan zirvəsində iştirak edir

Tufan Erhürman

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Tufan Erhürman Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Türküstan şəhərinə gedib. Erhürman Türküstan Hava Limanında böyük maraqla qarşılanıb.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Hava limanındakı ekranlarda Prezident Erhürmanın fotosu nümayiş etdirilib və ekranda “Türküstana xoş gəlmisiniz, hörmətli Tufan Erhürman” ifadələri yer alıb
Hava limanındakı ekranlarda Prezident Erhürmanın fotosu nümayiş etdirilib və ekranda “Türküstana xoş gəlmisiniz, hörmətli Tufan Erhürman” ifadələri yer alıb

Məlumatda deyilir ki, Tufan Erhürman mayın 15-də “Süni intellekt və rəqəmsal inkişaf” mövzusu ilə keçiriləcək Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə toplantısına qatılacaq: “Zirvə çərçivəsində dünən axşam Türküstana çatan Prezident Erhürmana Türküstan Hava Limanında böyük diqqət göstərilib. Hava limanındakı ekranlarda Prezident Erhürmanın fotosu nümayiş etdirilib və ekranda “Türküstana xoş gəlmisiniz, hörmətli Tufan Erhürman” ifadələri yer alıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.