BAYRAQDAR MEDİA – Ardahan Universitetində “Mızrabın nəfəsi: Anadolunun səsi” adlı konsert proqramı təşkil olunub. Aşık Şenlik Mədəniyyət Mərkəzində keçirilən tədbir Zeynel Abidin Sunkurun rəhbərliyi ilə reallaşıb.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, konsertdə Anadolu musiqi mədəniyyətinin seçilmiş əsərləri peşəkar ifalarla təqdim olunub: “Yerli musiqi motivlərinin universal estetik yanaşma ilə birləşdirildiyi çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb”.
Tədbirdə universitetin akademik və inzibati heyəti ilə tələbələr iştirak ediblər.
Konsert təşəkkür sertifikatlarının təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.









İlk şərhi yaza bilərsiniz