Press "Enter" to skip to content

Vergi Xidməti beynəlxalq tədbirdə təmsil olunub

BAYRAQDAR MEDİA – Dominikan Respublikasının Punta-Kana şəhərində Amerikadaxili Vergi Administrasiyaları Mərkəzinin (CIAT) 60-cı Baş Assambleyası keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) nümayəndə heyəti iştirak edib.

Bu barədə DVX-dən bildirilib.

Qeyd edilib ki, Baş Assambleya çərçivəsində Latın Amerikası, Asiya və digər region ölkələrinin vergi administrasiyalarının nümayəndələri arasında vergi inzibatçılığının rəqəmsal transformasiyası, elektron xidmətlərin təkmilləşdirilməsi, avtomatik məlumat mübadiləsi, süni intellekt əsaslı həllərin tətbiqi və rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması istiqamətində geniş təcrübə mübadiləsi aparılıb.

Baş Assambleya zamanı Azərbaycan nümayəndə heyəti xarici ölkələrin vergi administrasiyaları və beynəlxalq təşkilatların təmsilçiləri ilə bir sıra ikitərəfli görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını müzakirə edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.