Press "Enter" to skip to content

Müdafiə sənayesi sahəsində qardaşlıq nümunəsi

Bu təşəbbüs qardaş ölkələr arasında hərbi və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək

Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkəti Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub

BAYRAQDAR MEDİA – Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “CDS Defence”, qardaş ölkəmiz Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub. Şirkətin Azərbaycan İdarə Heyəti sədrliyinə Baran Çelik təyin edilib.

Bu barədə şirkətdən məlumat verilib.

Məlumatda deyilir ki, şirkət Azərbaycanda aşağıdakı sahələrdə fəaliyyət göstərəcək: Orta kalibrli 25-30-35 mm mərmilərin istehsalı və satışı; Böyük kalibrli 122-152-155 mm artilleriya mərmilərinin istehsalı və satışı; 107 və 122 mm artilleriya raketlərinin istehsalı və satışı; MK seriyası hava-dənizə bombalarının istehsalı; Vakum altında TNT doldurma zavodlarının quraşdırılması”.

“Mütəxəssislər bildirirlər ki, bu əməkdaşlıq Azərbaycanla Türkiyə arasında həm iqtisadi, həm də strateji əlaqələrin güclənməsi baxımından önəmli addım kimi qiymətləndirilir. “CDS Defence”in Azərbaycanda fəaliyyəti regional müdafiə sənayesi üçün yeni imkanlar açmaqla yanaşı, ölkəmizin müdafiə potensialının artırılmasına da töhfə verəcək” deyə məlumatda qeyd edilib.

Rəsmi açıqlamada vurğulanır ki, bu təşəbbüs qardaş ölkələr arasında hərbi və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.