BAYRAQDAR MEDİA – Anadolu Universitetində Sosial Təhlükəsizlik Həftəsi çərçivəsində “SGK müfəttişləri ilə karyera görüşü” adlı tədbir keçirilib. Tədbirdə sosial təhlükəsizlik sistemi, ümumi tibbi sığorta, qeyri-rəsmi məşğulluq və karyera imkanları müzakirə olunub.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, sosial təhlükəsizlik müfəttişi Yusuf Erhan Akdeniz sistemin sosial bərabərsizliyin azaldılmasına xidmət etdiyini bildirib: “Musa Albayrak isə qeydiyyatsız məşğulluğun təhlükələrindən danışaraq “İşçi üçün sığorta bir qalxandır” ifadəsini işlədib. Tədbirdə tələbələrə karyera imkanları və imtahan prosesləri barədə də məlumat verilib”.
Görüş tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz