BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Sabirabad Rayon İcra Hakimiyyəti və “El Pəhləvanları” İdman Klubu İctimai Birliyinin birgə təşkilatçılığı ilə Sabirabad şəhəri Heydər Əliyev adına istirahət parkında “Qəhrəman irsi: pəhlivanlıqdan gələcəyə” layihəsi çərçivəsində milli adət-ənənələrimizi qorumaq və gələcək nəsilə çatdırmaq məqsədilə el pəhləvanlarının tədbiri keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, tədbiri rəsmi hissəsində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev qonaqları salamlayıb, Azərbaycanda pəhləvanlıq mədəniyyəti tarixinin çox qədimliyini, adət-ənənələrimizlə sıx bağlılığını, bu bir tarixi irsdir ki, bunun yaşadılmasının vacibliyini qeyd ediblər.
Tədbirdə Nurəddin Beyləqanlı başda olmaqla bir çox el pəhləvanları ağır çəkili daşları qaldırıb və bir çox digər pəhləvanlıq nümunələri nümayiş olunub.
Məlumatda o da vurğulanıb ki, layihənin əsas məqsədi, el pəhləvanlığı mədəni irsinin geniş kütlələrə təbliğ edilməsi, bu irsin qorunub saxlanması və gənc nəsillərə çatdırılmasından ibarətdir.
Tədbir rayon sakinləri arasında maraqla qarşılanıb.






İlk şərhi yaza bilərsiniz