Press "Enter" to skip to content

Mingəçevirdə ictimai dinləmə

Mingəçevirdə ictimai dinləmə

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən “Məişət zorakılığı ilə mübarizə” mövzusuna həsr olunan ictimai dinləmə keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Mingəçevir Dövlət Universitetində keçirilən tədbirdə universitet tələbələri, müəllimlər, dövlət orqanlarının nümayəndələri, QHT təmsilçiləri, eləcə də mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. Ümumilikdə 200-ə yaxın şəxsin iştirak etdiyi tədbir zamanı SXA-nın fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib”.

Ardınca xəbərdə, “Agentliyin nümayəndələri məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən xidmətlər, müvafiq müəssisənin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinin fəaliyyəti, şöbəyə qəbul qaydaları, həmçinin məişət zorakılığı ilə mübarizə xətti olan 116123 haqqında təqdimatlar ediblər. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.